AZƏRBAYCAN CÜMHURİYYƏTİ (2)

 Məhəmməd Əmin  Rəsulzadə 1884-1955  (İctimai-Siyasi Xadim)

Əvvəli (AZƏRBAYCAN CÜMHURİYYƏTİ (1))

ƏSRİMİZİN SİYAVUŞU

Əvvəlcə tarixin Siyavuşuna bir göz gəzdirək:

İran romantizminin mahir şairi Firdovsi Tusinin dəyərli adını dünyalar durduqca qalan və şairanə “Nəmirəm əz in pəs ki, mən zindəəm” deyə öyünməsini kamal, cəsarət və ithaflarla söylədən “Şahnamə”nin, məncə ən şah əsər dastanı – Siyavuş hekayə – xəzinəsidir.

“Şahnamə”nin ən ruhlu qismi, məlumdur ki, İran-Turan müharibələridir. Bu müharibələrin ən həyəcanlı və dəhşətliləri, şübhəsiz ki, Siyavuş qanı üçün aparılanlarıdır.

Firdovsi – savaş və şənlik aşiqi, boylu-buxunlu və ilahi əzm və hünər şairidir. Qüvvətlə gözəlliyi hər yerdə tam görən bu şairin ən qüvvətli və ən gözəl insanı Rüstəmdir. Firdovsi ilhamından doğulmuş bu Sistan pəhləvanından başqasını tanrı yaratmamış, nə möcüzədir ki, göstərməmişdir. Fəqət Rüstəm pəhləvan belə ən böyük möcüzələrini “Siyavuş qorxusunun” intiqamını almaq üçün vuruşduğu meydanlarda göstərmişdir.

AZƏRBAYCAN CÜMHURİYYƏTİ (2)

Inkişafa meylli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu Azərbaycanlı, ilk türk bəstəkarı Azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı Azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə Azərbaycanlı, əlifba islahını ilk düşünən Azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət elan edən də Azərbaycanlıdır.

Siyavuş, öz yerinin təbii gözəlliyinə süni gözəlliklər qataraq “Siyavuş gərd” adını binalar, qalalar, köşklərlə bəzəmişdi. Azərbaycan Cümhuriyyəti də ölkəsinin təbii çatışmazlıqlarını sənaye təşəbbüsləri ilə təmir etməyə başlamış, az zamanda çox uğurlar qazanmışdı.

Hər şeydən əvvəl, Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşlarının bərabər hüquqla yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanırdı. Kişi-qadın, müsəlman, xristian, Türk-türk olmayan, cins və milliyyət fərqi qoymadan varlı-kasıb, sahibkar işçi, torpaq sahibi-muzdur, ögrətmən-tələbə, möhtərəm-cahil, sinif, məslək, təbəqə, rütbə, vəzifə, nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar məmləkətin idarəsində iştirak edir, qanun verən qurumlara girmək haqqında da sahib idilər. Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünürdü. Bunun kimi nə yoxsulluğu üçün sayğılanır, nə də zənginliyi üçün alçaldılırdı.

Burada məktəb, elm, texnika tərəfsiz tutulub ondan bəlirli bir partiya və ya sinfin haqlı-haqsız tələblərinə, qulağı sırğalı əsir kimi tabe olması istənilmir, əksinə məktəblə alimlərdən yaxşı ilə pisi şəxsən müstəqil fərqləndirən vasitələrə sahib namuslu Azərbaycan vətəndaşı tərbiyə etmələri istənirdi.

Xoşbəxt həyatın ancaq hürriyyətlə hasil olacağını Azərbaycan Cümhuriyyəti höküməti ona izin verilməsini istəmişdi. Burası söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı ilə o dərəcəyə çatmışdı ki, sanki:

Hər ki xahəd, qu biya və hərçi xahəd gu be gu kibro nazu hacibo dərban dərin dərgah nist[i] – tərifi bunun haqqında söylənmişdir.

Hər kəs nə istərsə söylər, yazardı. Millətin hər partiyasının özünə xas təşkilatı, və qəzeti vardı. Bu qəzetlər əksəriyyətlə höküməti tənqid və çəkişdirmələriylə məşğul olduqları halda, özlərinə qarşı böyük zəiflik və səbr göstərirdilər.

Millət məclisi, məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin təmamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlanmaz, heç bir barışıq bağlanmazdı. Hökümət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə-vəzifə də yox idi. Parlament hakimi-mütləq idi. Burada Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu.

Azərbaycan xalq cümhuriyyətində vətəndaşlar arasında siyasi bərabərlik bər qərar olmaqla, bərabər sosial ədalətsizliyin zərərli nəticələri də aydın tərzdə dəyişdirilirdi. Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən bəri insanların yaşayış və iqtisadiyyatda qarşılaşdıqları ədalətsizliyi birdən-birə ortadan qaldırmaq, inqilabçı bir zərbəylə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti ortadan qaldırmaq mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət çıxar və iç qarışıqlıqlarından başqa aydın bir nəticə alına bilməzdi. Onlara görə, bu bir kərə siyasi ədalət təmin olunduqdan sonra öz-özünə təkamül edəcək və yavaş-yavaş həll olunacaq bir məsələ idi. Azərbaycanlılar düşünürdülər ki, mülkiyyəti təmamilə ortadan qaldırmaq, indiki durum içərisində şəxsi təşəbbüs qüvvəsini zorakı şəkildə aradan qaldırar. Sosial həyat irəliləmədən düşər, insanlar bəsit ibtidaiyyə doğru dönərlər: aləmin nizamı pozular. Fəqət, bununla bərabər hər şeyin ifratından zərər gəldiyi kimi, mülkiyyətin də ifrat tərəflərini yox etmək sosial islahatın əsasını meydana gətirməlidir. Mülkiyyət ancaq ümumi aləmə yayılıb təsirli oluncaya qədər müdafiə olunub – bu olmayanda ümumi zərər gətirən lüzumsuz bir artıqlıq kimi kəsilib atılmalıdır. Ərazi məsələsində misal kimi desək: hər əkinçi özü əkib-becərdiyi müəyyən miqdar torpağa sahibliyini qəbul etməklə bərabər, Azərbaycan islahatçıları geniş torpaqları ölü halında saxlahan torpaq sahiblərinin mülkiyyət hüququnu rədd edirdi. Millət məclisində hazır olan qanun layihəsinə görə, xüsusi ərazi sahiblərindən alınıb dövlət malı olduqdan sonra əkin yeri, vətəndaşların mülkiyyətinə bölünür, dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər isə tamamilə dövlət xəzinəsinə qalırdı.

Digər əmlak və istehsal vasitələrindən olan fabrik və digər bu kimi quruluşlara gəlincə, bunların xörda mülkiyyətlərə bölünməsi tətbiqi imkansız olduğundan burada çalışan işıqlının yüksək tutulması xüsusi surətdə hazırlanan əmək qanunlarının nəşri ilə təmin olunub, dəmir yolu, işıq, su, telefon, teleqraf və sairə bu kimi ümumi işlərə xidmət edən quruluşlar yə milliləşir və yaxud bələdiyyələçdirilirdi.

Azərbaycanlılar Rusiya istilası zamanında əsgərlik etməyə məcbur olmadıqlarından, əsgərlikdən tamamilə məhrum qalmışdılar.

Azərbaycanın əsgər ehtiyacını hər nə qədər türk komandanlığı öz üzərinə almışdısa da, Azərbaycanı tələsik türk etmək məcburiyyətində qaldığından buna müvəffəq ola bilməmişdi: ordunun quruluşu azərbaycanlıların çox az olan öz zabitlərinin öhdəsinə buraxılmışdı. Başda ağsaqqal Səməd bəy olmaqla, müxtəlif ordularda xidmət etmiş Azərbaycan zabitləri qeyrət etdilər. Çox çətinliklər və əngəllər içində bir ildə yoxdan 25 000-ə qədər çeşidli silaha sahib piyada, süvari, topçu, lağımçı, çaxmaqlı tüfəngçi, mühəndis hissələrindən meydana gəlmiş bir ordu vücuda gətirdilər. Iki ilə yaxın divan edən hərbiyyə məktəbindən yüzlərcə kiçik yaşlı oğlan yetişərək, meydana gətirilən ordunun cavan komandasını təmin etdilər. Son Novruz bayramında Azərbaycanın paytaxtı Bakıda keçirilmiş rəsmi keçid, mükəmməl və müntəzəm bir ordunun vücudunu paytaxtın sevincdən boyanan sürəkli alqışları və övladını birər böyümüş aslan qılığında görən anaların göz yaşları içində dost və düşmənə göstərdi. Az zaman içində Azərbaycan ordusu öz başlanğıc tarixinə Lənkəranın əcgərlər tərəfindən fəthi kimi şanlı sətirlər yazdırdı ki, bir sağalmaz xəstəlik dəə o intizam və itaətin son dərəcə yetişdiyini, ikincisində isə mənəviyyat və fədakarlığının bənzərsiz olduğunu göstərirdi.

Azərbaycan höküməti icraata başlarkən Xəzər dənizinə malik deyildi. 6-7 ay içində öz hakimiyyətini dəniz üzərinə də yaydıqdan sonra ticarət donanmasından başqa 6-7- gəmilik bir donanmaya aid işlər hazırlanmış, qarşıdakı ada ilə liman sahillərini uzaqdan vuran toplarla silahlandırıb Bakını istehkam liman halına gətirmişdi.

Anarxiya əsnasında  Azərbaycan dəmir yolları, qonşusu Gürcüstanın yollarına nisbətlə məhv olmuş kimi idi. Stansiyalar bərbad olmuş, körpülər uçurulmuş, lokomotivlər qaçırılmış, vaqonlar parçalanmış, oturacaqlar (divanlar) qoyulmuşdu. Az zamanda bunlar düzəldilmiş, yiolun işləkliyi müharibədən əvvəlki halına gəlmiş, müntəzəm dəmir yolu hərəkəti təmin olunmuşdu.

Bundan başqa yol və körpü nazirliyi cümhuriyyətin ticarət, gəmi və siyasi həyatını genişlətmək üçün həyati əhəmiyyəti olan Bakı-Culfa yolunu inşa, Kür çayı üzərində qurduğu böyük körpünün açılışı təntənəsinə hazırlaşırdı.

Dəmir yolu işçisi hazırlamaq məqsədiylə Türklərə aid dəmir yolu, teleqraf və c. Texniki ustalar hazırlamaq üçün yol idarəsi nəzdində xüsusi məktəblər açılmış, dəmir yolu məmurları yüzdə-əlli miqdarında milliləşmişdi[ii].

Dəmir yolu idarəsi, eyni zamanda fəna halında pozulmuş Bakı-Batum neft borusunu gözlənməyən bir cürət və məharətlə təmir etmiş, əvvəlkindən daha fəal şəkildə neft alverinə başlanmışdı.

Cümhuriyyətin quruluşundan əvvəl bir-birinin ətini yeyən əhali arasında hər yerdə meydana gətirilən zabitə sayəsində rus istilası zamanından daha yaxşı bir əmin-amanlıq və intizam vücuda gəlib, hər tərəfdə bələdiyyə və məhəlli idarələri qurulurdu.

Boş buraxılan ərazi ciddiyyətlə əkilməyə başlanmış, hər tərəfdə əkinçilik əvvəlki halını almışdı.

Şəhərlər telefonlarla bir-birinə bağlanmış, teleqrafla da təbii bir dildə müharibəyə girmişdilər.

Təhsil-tərbiyə təşkilatına ayrı bir təzəlik verilmişdi. Məmləkəti irfanın nuruyla işıqlandırmaq üçün ciddiyyətlə işə başlanmışdı. Ümumi ögrətimin (təhsilin – M.Ə.) həyata keçirilməsi əsas tutularaq, bunu təmin üçün bir tərəfdən məktəblər açılır, digər tərəfdən yeni qurulmuş erkəklər və qızlar universitetləri vasitəsiylə öyrətmənlər hazırlanırdı. Ibtidai məktəblərin çoxalmasına xidmət etmək üçün xüsusi şəkildə İstambuldan öyrətmənlər gətirilmişdir. Bundan başqa, xüsusi olaraq hər bir qəza mərkəzində öyrətmənlər kursu açılmışdı. Maarif nəşriyyatı işində qadınların tərbiyəsi də kişilərlə bərabər tutulurdu. Mövcud rus gimnaziya litseylərindən biri tamamilə milliləşdirilmiş, bir çox qız ibtidai məktəbləri açılmış, hamısı da qızlarla dolmuşdu.

Məktəb yaşından böyük vətəndaşlar da unudulmamışdı. Bunlar üçün gecə kursları açılmışdı. Bu xüsusda qadınlar da unudulmayaraq, onlara fərdi gündüz kursları açılmış və cəmiyyətlə ilgili dərslər tərtib edilmişdi.

Azərbaycan gəncliyini elm və texnika əsrinə hazırlamaq üçün Bakı Universiteti açılmışdı. Bundan başqa, yüzə yaxın tələbə müxtəlif texniki sahələrdə təhsil almaq üçün dövlət məsrəfi ilə Avropanın universitetlərinə və digər yüksək məktəblərinə göndərilmiş, bir o qədər də tələbənin İstambula yollanması qərara alınmışdı.

Sülh konfransı Azərbaycan istiqlalını təsdiq etdiyi zaman Türkiyə öz mühitini unutdu. Istambul böyük təntənələr etdi, mitinqlər keçirdi. Bu mitinqlərdə Azərbaycanın “Yavru bayrağı”nı[iii] Türkiyənin qoca bayrağı ilə yan-yana asaraq təbrik edib qutladı, sevindi. O üç rəngli köksü hilallı gənc bayrağa arzular diləyərək dedi ki,

“Tanrı sənə qara gün göstərməsin”.


[i] Kim dilərsə, söylə gəlsin, kim nə istərsə söyləsin. Yox bizim dərgahda qapıçı, gərdaçı, kibr və naz.

[ii] Bolşevik istilasından sonra bu quruluşlar tamamiylə aradan qaldırıldı. Son rəsmi məlumata görə, hal-hazırda dəmir yolu məmurlarından yalnız yüzdə otuzu türkdür.

[iii] Xalidə Ədib Adıvarın nitqindən.

İstinad:

“Əsrimizin Siyavuşu” əsərindən,  Məhəmməd Əmin  Rəsulzadə (1925, İstanbul)

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq

13 Responses to AZƏRBAYCAN CÜMHURİYYƏTİ (2)

  1. hermes birkin May 22, 2018 at 3:20 pm

    I actually wanted to construct a comment in order to express gratitude to you for all the magnificent guidelines you are writing here. My time consuming internet look up has now been rewarded with wonderful concept to exchange with my good friends. I ‘d express that we readers actually are undoubtedly blessed to dwell in a remarkable network with so many perfect individuals with interesting tactics. I feel quite happy to have encountered your entire site and look forward to many more pleasurable times reading here. Thanks a lot once more for all the details.

  2. michael kors outlet store May 23, 2018 at 12:34 am

    I have to express appreciation to the writer for bailing me out of this crisis. Just after browsing throughout the the web and obtaining suggestions that were not productive, I thought my entire life was gone. Being alive minus the approaches to the difficulties you’ve solved as a result of your main guide is a crucial case, as well as the ones that might have in a negative way affected my career if I had not noticed your site. That knowledge and kindness in maneuvering all the pieces was crucial. I am not sure what I would’ve done if I hadn’t come upon such a stuff like this. I can also at this time look ahead to my future. Thanks for your time very much for your professional and amazing guide. I won’t hesitate to propose the website to anyone who needs and wants assistance about this issue.

  3. stephen curry shoes May 24, 2018 at 7:10 am

    I’m also writing to let you be aware of what a excellent discovery our girl went through reading through yuor web blog. She came to understand a lot of issues, which included how it is like to have an ideal teaching nature to make others with no trouble grasp specific grueling things. You really exceeded her expectations. Thank you for rendering those important, trusted, educational and as well as unique tips on the topic to Jane.

  4. yeezy shoes May 24, 2018 at 9:33 am

    Thank you so much for giving everyone a very pleasant possiblity to read articles and blog posts from here. It’s usually very pleasant and as well , packed with a good time for me personally and my office acquaintances to visit your website on the least three times weekly to find out the new tips you have. And of course, we’re always astounded for the tremendous inspiring ideas you serve. Certain 2 tips on this page are in fact the simplest I’ve ever had.

  5. ray ban sunglasses May 24, 2018 at 11:52 am

    My husband and i have been joyful that Louis could carry out his studies via the precious recommendations he acquired from your web page. It’s not at all simplistic to just choose to be giving out helpful tips which often some other people have been making money from. And now we remember we’ve got you to appreciate for that. The main illustrations you’ve made, the easy web site menu, the relationships you can make it easier to create – it’s most extraordinary, and it is aiding our son and the family feel that this subject is thrilling, which is certainly unbelievably indispensable. Thanks for the whole lot!

  6. converse outlet May 24, 2018 at 4:31 pm

    Thanks so much for giving everyone such a pleasant chance to discover important secrets from this website. It really is very enjoyable and stuffed with a great time for me and my office acquaintances to search your site the equivalent of 3 times per week to learn the latest stuff you have got. And definitely, I am also certainly impressed for the effective techniques served by you. Selected 3 points in this posting are particularly the best we’ve had.

  7. tory burch shoes May 24, 2018 at 9:05 pm

    Thanks for your whole labor on this web page. Kim delights in working on internet research and it’s easy to understand why. I know all relating to the powerful way you deliver functional suggestions on your web site and therefore increase participation from other people about this matter while our favorite simple princess is always understanding so much. Take pleasure in the remaining portion of the new year. You’re the one doing a pretty cool job.

  8. goyard May 25, 2018 at 12:58 am

    I together with my pals were found to be looking at the best techniques located on your web page while instantly I got a terrible feeling I never expressed respect to the web blog owner for those strategies. My guys happened to be consequently warmed to see all of them and have in effect undoubtedly been enjoying them. Many thanks for genuinely simply kind and for pick out variety of fantastic guides most people are really wanting to be informed on. Our own honest apologies for not saying thanks to you sooner.

  9. ray ban May 25, 2018 at 4:58 am

    I simply wanted to make a small message to say thanks to you for all of the wonderful tactics you are giving out on this website. My time intensive internet research has at the end been rewarded with professional points to share with my family and friends. I ‘d assert that many of us visitors are undeniably endowed to exist in a decent community with very many marvellous people with insightful strategies. I feel pretty blessed to have used your web pages and look forward to really more cool moments reading here. Thanks a lot once more for a lot of things.

  10. yeezy boost 350 May 25, 2018 at 9:28 am

    I together with my pals were reading through the best ideas on the blog then then came up with an awful suspicion I never thanked the site owner for those secrets. These men appeared to be passionate to read them and now have really been taking advantage of those things. I appreciate you for actually being considerably kind and also for pick out varieties of incredibly good ideas millions of individuals are really eager to be aware of. My very own sincere apologies for not saying thanks to you sooner.

  11. adidas yeezy boost May 25, 2018 at 2:06 pm

    Thank you a lot for providing individuals with an exceptionally superb opportunity to read in detail from this web site. It is usually so lovely and full of a good time for me and my office acquaintances to visit your website at the very least 3 times a week to read the newest guides you have got. And lastly, I am just at all times fulfilled with the gorgeous things you give. Some 1 ideas on this page are in reality the most suitable we have all ever had.

  12. curry 5 May 25, 2018 at 2:11 pm

    A lot of thanks for all your valuable labor on this web site. My mum loves working on research and it is easy to understand why. Almost all learn all of the dynamic method you provide rewarding tips and tricks on this website and therefore cause contribution from other individuals on the matter so our own child is without question being taught a great deal. Take advantage of the remaining portion of the year. You are doing a good job.

  13. yeezy boost 350 May 25, 2018 at 7:14 pm

    I and also my guys were found to be checking out the best tips on your site and then the sudden I got a horrible suspicion I never thanked the web blog owner for them. Most of the men ended up totally joyful to learn them and have now surely been taking pleasure in these things. Appreciation for getting very accommodating and for deciding on varieties of awesome things millions of individuals are really eager to understand about. My sincere regret for not expressing appreciation to earlier.

Leave a Reply

Your email address will not be published.