Home » Entries posted by Xeyyam Namazov

8 Mart – ideoloji boşluq problemimiz

8 Mart – ideoloji boşluq problemimiz

Xəyyam Namazov 1857-ci ildə New-Yorkda 40 minə yaxın işçinin daha yaxşı iş şərtləri tələbi ilə tətilə başlaması, bunun davamlı olaraq əməkçi qadınların polis təzyiqi və təhdidinə məruz qalması, 8 Mart günü qapısı çöldən bağlanılan fabrikdə çıxarılan yanğın və 129 qadın işçinin diri-diri yanaraq can verməsi, 26-27 Avqust 1910-cu ildə Kopenhagendə 2-ci İnternasyonalla bağlı Beynəlxalq Sosialist […]

“Öz yolumuz”çuluq, liberalizm və ideoloji mühafizəkarlıq anlaşılmazlığı

“Öz yolumuz”çuluq, liberalizm və ideoloji mühafizəkarlıq anlaşılmazlığı

Xəyyam Namazov Başlıqda sadaladığım bu üç xətti bir-birindən ayıra bilmək lazımdır. Yoxsa insan çaş-baş qalıb səhv dəyərləndirmələr edə bilər. Belə ki, son zamanlar qarşılaşdığımız debatlar bəzi suallar ortaya çıxarır: “Öz yolumuz”çuluqla ideoloji mühafizəkarlıq eyni şeydirmi? Liberalizm və demokratiyanı ayrılıqda necə anlamalı? Mühafizəkar ideologiya avtoritarizmdirmi, yoxsa demokratiyadan qopmadan yaşaya bilərmi? Məqalədə bu anlayışlara və suallara bir-bir […]

Demokratiyanı necə ölçməli?

Demokratiyanı necə ölçməli?

Gündəlik həyatımızda, mediada, siyasi söhbətlərdə və bir çox siyasi yazılarda ölkələrin bir-biri ilə demokratiyanın səviyyəsinə görə müqayisə edildiyi ilə qarşılaşır, “bu ölkə daha demokratikdir” və ya “bu ölkə avtoritardır, digəri isə demokratiya” kimi sözlər eşidir və ya oxuyuruq. Bəs iki ölkə və ya ölkələr qrupu demokratiya səviyyəsinə görə necə müqayisə edilir, daha açıq desək, müqayisə […]

Cümhuriyyətçi Azadlıq və ya “aktiv olmamağın təhlükəsi” haqda

Cümhuriyyətçi Azadlıq və ya “aktiv olmamağın təhlükəsi” haqda

Xəyyam Namazov Yəqin ki, ətrafınızda sosial, siyasi, iqtisadi və mədəniyyət sahələrində müəyyən dəyişikliklər əldə etmək üçün xüsusi aktivlik göstərən insanlarla tanışsınız. Bu kimi fəaliyyətlər əgər demokratiyanın bərqərar olduğu ölkələrdə vətəndaşların həyat fəaliyyətinin bir hissəsini təşkil edirsə, bizim kimi azadlıqlardan (sosial, siyasi, mental) məhrum olan cəmiyyətlər üçün fərdlərin yaşamlarına (siyasi hakimiyyət və çoxluqdan gələ biləcək) təhlükə […]

Əli Novruzov, “7 hekayə”si

Əli Novruzov, “7 hekayə”si

Xəyyam Namazov “Səni görüm lənətə gələsən, Darvin! Min lənətə! Gör başımıza nə oyun açdın! Apardın bizi o murdar, şərəfsiz insana caladın! Bədnam elədin! İndi biz heyvan içinə necə çıxacayıq?!” (alleqorik “Fəlakət” hekayəsindən) Ümumiləşdirsək… Əli Novruzovun “7 hekayə” kitabı fərqli ideologiya və üslublarda yazılmış (alleqorik, millətçi, solçu, romantik, absurd, post-modern və plagiat) yeddi qısa hekayə və […]

Hermann Hesse, Yalquzağın məhvi və Dahiliyə xəyanət

Hermann Hesse, Yalquzağın məhvi və Dahiliyə xəyanət

Xəyyam Namazov Hermann Hesse öz “Yalquzağ”ı haqda belə deyirdi: “Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmirəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, Yalquzağın hekayəti xəstəlikdən, böh­randan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, […]

Nostalgiya

Nostalgiya

Xəyyam Namazov Hər kəs unudulmayacaq bir iz buraxır səndə Və hər kəs özüylə bir şeylər aparır səndən… Bir daha bir-birinizi görməyəcək olsaz belə, heç vaxt qopmursunuz bir-birinizdən. Bəzən, sadəcə bir işarə bəs edir bütün o münasibətləri yenidən yaratmağa, o zaman uçurumunu keçməyə, o buzları əritməyə…  Sadəcə bir qoxu, bir söz, bir əşya və ya bir […]

İdeologiya Nədir?

İdeologiya Nədir?

Xəyyam Namazov Hər insan fərqli olduğu kimi, hadisələrə baxış prizması, düşüncələri və dəyərləri də fərqli olur. Şəxs bu dəyərlərə və düşüncə tərzinə görə insanları, qrupları və hətta cəmiyyətləri müəyyən kateqoriyalara: “pis və ya yaxşı”, “dost və ya düşmən”, “yararlı və ya yarasız” və s kimi ayırır. Bəs insanın bu düşüncə tərzi necə formalaşır? Şəxsin düşüncə […]

Aldatmaca (hekayə)

Aldatmaca (hekayə)

Xəyyam Namazov Bu, buludla örtülmüş bomboz səmanın rəsmiydi. Dalğalanırdı sanki. Gölməçə üzərində yaranmış göy üzünün əksi gah yağış damcısı ilə pozulur, bir anda yox olur, gah da yenidən özünü toparlamağa çalışırdı, ta ki, növbəti damcı suyu dalğalandırıb, rəsmi yox edənə kimi. Bayaqdan bəri davam edən bu oyunu kiçik gölməçəni tapdalayan bir ayaq sonlandırdı. Və arxasınca […]

Orhan Pamuk qələmi ilə bir “Məsumiyyət Muzeyi” yaratdı

Orhan Pamuk qələmi ilə bir “Məsumiyyət Muzeyi” yaratdı

Xəyyam Namazov Romanı oxuduqdan sonra Orhan Pamukun necə bir yazıçı olduğu haqqında düşündüm. Heç cür ifadə edə bilmədim fikrimi. Daha sonra New York Times’ın onun haqqında yazdığı bu sözlə qarşılaşdım, tam da demək istədiyim cümlə idi: “O nə bir ideoloq, nə bir siyasətçi, nə də bir qəzetçidir. Orhan Pamuk böyük bir romançıdır”. (New York Times, […]

Page 1 of 512345