Home » Entries posted by Qonaq Köşə Yazarı (Page 4)

Nəyə görə biz səs verməliyik?

Nəyə görə biz səs verməliyik?

Rza Kazımov Artıq 22 ildir ki Azərbaycan müstəqil dövlətdir. Əfsuslar olsun ki, bu illər ərzində biz bir fundamental suala doğru dürüst cavab tapa bilməmişik: Nəyə görə biz səs verməliyik? Qarşıdakı aylarda silsiləli yazılar vasitəsi ilə və ən əsasda sizinlə birlikdə bu suala cavab verməyə çalışacağıq. Seçkilərdə iştirak ilə bağlı hadisəni örgənən başlıca elmin adı ingilis […]

Sənə İnad

Sənə İnad

Bax, sevilirəm sənə inad Yıxdığın məbədlər üzərində, məbəd qururam Sənin əsərindir xarabaliqlar. Bax gör necə bağ salıram. Oyadıram, oyanıram. Günəş sönmüş, təbəssümsüz bir ölkədə Dünya quran, memar oluram. Eşit! Sənə qarşı, sənə inad Bax gör, nəcə xoşbəxt oluram. Məlahət Gözəl Qonaq Köşə YazarıHər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim […]

Plüralizm Nədir?

Plüralizm Nədir?

Tural Qulu  Plüralizm mədəniyyətdir. Plüralizm cəmiyyətdə müxtəlif ideologiya və fikirlərin olmasıdır. Plüralizm monotonluğu, vahid ideologiya və fikrin hegemonluğunu, bütün cəmiyyətə təlqin və məcbur edilməsini rədd edir. Plüralizm insanların azad düşünməsini, hadisələr barədə öz fikrinin olmasını dəstəkləyir. Plüralizm müxtəliflik, rəngarənglik və zənginlikdir.  Bu cəmiyyətin normal və təbii halıdır. Çünki insan müstəqil fərddir, onun öz fikri, düşüncə tərzi və zövqü […]

Pərdə arxasındakı kimliklərimiz

Pərdə arxasındakı kimliklərimiz

Məlahət Gözəl Təsəvvür edin ki, həyatımızın tam ortasında boyük pərdə asılıb. Bizsə, pərdənin arxasında yer almışıq. Yox,  düşünməyin ki, “həyat teatr biz aktyor” kimi şablon yanaşmalara yer vermək fikrindəyəm. Əslində, pərdə arxasında mövcud yerimizdən söhbət açmaq istəyirəm. İstənilən halda, dəyişməyən bir yerə sahibik. Ən pisi isə odur ki, bu öz əlimizdədir. Olduğumuz yerdən heç də […]

Türkiyədə nə baş verir?!

Türkiyədə nə baş verir?!

Rza Kazımov Türkiyədə baş verən hadisələrə retrospektiv yanaşmaq lazımdır. Türkiyədə illərlə islamçılar aşağılandı, mənəvi təzyiq altında yaşamaq məcburiyyətində qaldı. İslamçılar “28 Şubat” hadisələrində mağaralarda əzilən qrup idi. Uzun illər məmurlar Cümə Namazlarına gizlin getdilər, ibadətlərini heç kimin bilməyəcəyi şəkildə etmək məcburiyyətində qaldılar. İsmət İnönünün “İslamçıları Əhilləşdirməsi” siyasəti Türkiyə daxilində bir paralel dünya yaratdı. Azanı türkcə […]

Leo Babuatidən “Az Əslində Çoxdur”

Leo Babuatidən “Az Əslində Çoxdur”

Vəfa NAĞI Leo Babuati. O, 2005-ci ildə həyatını tamamilə dəyişmək qərarına gəlir. Çox borcu olduğunu üçün çox işləyən, ailəsi ilə vaxt keçirə bilməyən, yanlış qidalandığı üçün – fastfood-dan və qızarmış ətdən həddindən artıq çox istifadə etdiyinə görə çəkisi artan və sağlamlığında problem yaranan Leo Babuati bütün bunlara bir son vermək lazım olduğunu düşünür. İlk əvvəl, […]

Mədəni cəmiyyət haqqında

Mədəni cəmiyyət haqqında

Ad tale kimi Ad sanki taledir. Bir şeyə necə ad qoydunsa, taleyi də elə olur. Bizim vətəndaş cəmiyyəti kimi. Sovetlər dağılandan sonra bu fenomen bizə ayaq açanda adını ruscadan kalka edib “vətəndaş cəmiyyəti” qoydular, bununla da hər şey bitdi. Vətəndaş cəmiyyətindən kənarda vətəndaşımız qalmadı, AzTV planı artıqlaması ilə yerinə yetirdi. Vətəndaş cəmiyyətindəkilərin də Vətən daş […]

Necə vətəndaş olunur?

Vətəndaşlıq hüquq və azadlıqlara sahib olmaqla yanaşı vətənə – yaşadığın cəmiyyətə öhdəlik daşımaq təcrübəsini də əhatə edir. Əslində, vətəndaş olmağın, vətəndaş cəmiyyəti qurmağın ən böyük çətinliyi bu təcrübəni yaratmaqdır. Başqa sözlə əsl vətəndaş cəmiyyəti o zaman yaranır ki, vətəndaşlar özlərinin sosial (və həm tə təbiətə) məsuliyyətini hiss edir, qəbul edir və buna uyğun davranır. Bəs, […]

Azərbaycanlılar pulları əsasən ərzağa, tütünə və alkoqola sərf edirlər

Azərbaycanlılar pulları əsasən ərzağa, tütünə və alkoqola sərf edirlər

Toğrul Vəliyev Hər bir iqtisadiyyatın əsasını kütləvi istehlak malları təşkil edir. Demək olar ki, məhz onların vasitəsilə bütün çətin iqtisadi proseslər qurulur. Onların vasitəsilə bütün müasir iqtisadi proseslər və əhalinin həyat səviyyəsi təsvir olunur. Bu göstəricilər bütün böhranlara nisbətdə çox zəifdirlər. Məhz bu səbəbə görə, dünyada ümumi xərclərə bu və ya digər kütləvi istehlak mallarının […]

Texnologiya və Biz

Texnologiya və Biz

Əli Həsənov Bu məqalədə məlumatın çoxluğu ilə onu anlama və zaman arasında olan düz mütənasib əlaqə sonucu artan ardıcıllıqla və dayanmadan əlavə olunan bilik toplusunun qəbulu və analizi zamanı beyində yaranan problemlərdən, loru dilində desək, son 15-20 ildi niyəsə zaman əvvəlkinə görə daha tez keçir, gözüvü açıb-yumursan il qurtarır, metaforundan və başverən hadisənin bu günümüzə […]