Home » Entries posted by Qonaq Köşə Yazarı (Page 3)

Biz və Özgüvənimiz

Biz və Özgüvənimiz

Nicə Hacıyeva Son zamanlara mühacirata qaçıb gedənlərin sayı getdikcə artmaqdadır. Gedənlər də, səbəblərini bildirib gedirlər. Çox zaman bu insanlarda qıcıq yaradır. Mən şəxsən nə gedənləri nə qalanları qınamıram. Təbii ki, mənim gözümdə əsl qəhrəmanlar qalıb mübarizəsini davam edənlərdir. Amma hər kəs bilir ki, qalanların taleyi çox acıdır. Həbs olunanlardan tutmuş öldürülənlərə kimi var. Amma ki, […]

Laçın və Laçınov

Laçın və Laçınov

Toğrul Maşallı Əgər internet axtarış sistemində Laçın adını axtarışa versəniz (rus dilində), siz belə bir ifadə ilə rastlaşa bilərsiniz: “xatirəsini əbədiləşdirmək üçün onun adını Laçınovo kəndinə və Laçın stansiyasına veriblər”. Məlumatı dəqiqləşdirsək, görərik ki, qabağımızda dekabrist Evdokim Emelyanoviç Laçınovun adı dayanır. Əlbəttə ki, Laçın stansiyasına, indiki Laçın şəhərinə onun adı verilməyib. Həm soyadını, həm də […]

Oyunçu Aparsın

Oyunçu Aparsın

Gülara Yenisey Azərbaycanda gözəl bir deyim var.  Oyun oynayanlara “Oyunçu aparsın” deyərlər. Bunun anlamı, tərəfini tutduğum, dostum-qardaşım deyil, oyununu qura bilən gerçək oyunçu aparsın deməkdir. Bu deyim bir yandan tərəfsizliyi, obyektivliyi göstərdiyi kimi, o biri yandan da oyunun gerçek ustası olan oyunçuya üstünlük vermənin böyüklüyünü ortaya qoymaqdadır. İndi gələk biz Türklərin son yüzillər boyunca dünya […]

“Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi 2012 – Azərbaycan”

“Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi 2012 – Azərbaycan”

Nərmin İbrahimova 2012-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyəti müxtəlif sahələr üzrə müzakirə olunan qızğın debatlara qoşuldu. Buraya dövlətin yerli VCT-nin problemlərini həll olunmasından başlamış, VCT-lərə dövlət vəsaitlərinin ayrılması kimi məsələlərin müzakirəsi daxildir. Hökumət “Sosial sifariş haqqında” qanun layihəsi və QHT-lərin Keyfiyyət Standartları və Sertifikatlaşdırılması Modelinin hazırlanması işində iştirak etməyə hazır olduğunu bildirdi.  2012-ci ilin iyul ayında […]

Gender və Media

Gender və Media

Rəfiqə Həmzəyeva KİV-də bir çox hallarda qadınlar az əhəmiyyətli rola malik olur, ya kiminsə anası, həyat yoldaşı ya da bacısı kimi çıxış edirlər. Bununla yanaşı, gender sosiallaşması dörd əsas ünsür hesabına baş verir: ailə, təhsil, həmyaşıd qruplar və KİV. Ailə: müvafiq gender rollarının uşaqlar tərəfindən mənimsənilməsi ilkin olaraq ailədə başlayır. Belə ki, uşaqlar valideynin evdəki […]

İlqar Məmmədovun namizədliyi haqda

İlqar Məmmədovun namizədliyi haqda

Bir neçə il əvvəl çox az insan iddia edə bilərdi ki, Respublikaçı Alternativ (ReAl) Hərəkatı meydana çıxacaq və 2013-cü il prezident seçkilərində hazırki hakim partiyanın ən ciddi rəqibinə çevriləcək.  İlqar Məmmədovu heç o zaman ictimaiyyət bu qədər tanımırdı. Çox qısa bir vaxt ərzində ciddi proqramı, yüksək səviyyəli kadrları və həqiqi demokrat, yüksək təhsilli, təcrübəli və […]

Şəfiqə Axundova haqqında

Şəfiqə Axundova haqqında

Məlahət Gözəl Bu gün Şərqin opera yazan ilk qadın bəstəkarı, xalq artisti, Şöhrət ordenli, əvəzsiz yaradıcılığa sahib Şəfiqə Axundova haqqında yazmağı özümə borc  bilirəm. Mirzə Fətəli Axundov nəsilinin nümayəndəsi olan Şəfiqə xanım 1924-cü ildə Şəki şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Qulam Axundov Bağıroğlu 1917-1920-ci illərdə Şəki, Qax, Balakən mahalında birinci katib işləyib. Bu səbəbdən də […]

“Haqq mənəm, haqq məndədir, haqq söylərəm”, Nəsimi

“Haqq mənəm, haqq məndədir, haqq söylərəm”, Nəsimi

“Tanrı” sözünün sinonimi mənim üçün “vicdan”dır. Mən bir  vicdan daşıyıcısı kimi həm də tanrı daşıyıcısıyam.  Mən həqiqətəm, doğruyam. Ona görə də, insanlar mənə 14 əsr bundan öncə yaşamış bir kişinin tanrısını, həqiqətlərini  sırımağa çalışanda şüşənin arxasında qəribə hərəkətlər edən bir palyaçoya bənzəyirlər.  Tanrını yerdə, göydə, buludların arasında  və digər qeyri-müəyyən yerlərdə axtaranlar onu heç bir […]

Hansı Qadın…

Hansı Qadın…

Cəmiyyət olaraq haqq və ədalətdən çox danışırıq ancaq onun uğrunda mübarizə aparan nə qədər insan tapılar? Utanmadan qızarmadan, qadın haqları mövzusunda danışanda qadına seçmə haqqını verən qabaqcıl ölkə olduğumuzu deyirlər. Ancaq anlamıram uğrunda mübarizə aparılmadan “verilən haqlar” heyvanlarda da var, o haqlardan məhrum buraxılsaz neçəniz mübarizə aparıb Avropa qəhrəman qadınlar kimi haqlarınızı alarsız. Yoxsa qəhrəmanlıq […]

Dünyanın fərqi insanın məna yarada bilməsindədir.

İnsanın dünyadan əvvəli və ya sonrası varmı? Və ya insan olmanın əvvəli və sonrası varmı? Bizim yaddaşımızda insan olmadan öncəyə aid daşıdığımız heç bir məlumat yoxdur. Ən azı xatırlamırıq. Bu barədə heç bir elmi bilgimiz də yoxdur. İnsan olmanın sonrasını isə dinlər deyir. İnanırıq və ya inanmırıq. Bu barədə də bir elmi bilgimiz yoxdur. Bircə […]