Home » Entries posted by Qonaq Köşə Yazarı

Xoşbəxtlik anlayışı və ehtiyaclar piramidası

Xoşbəxtlik anlayışı və ehtiyaclar piramidası

Xoşbəxtliyin yeri: Haradadır  hamının axtardığı bu xoşbəxtlik? Bir rəssamdan soruşmuşlar: “Xoşbəxtliyin  şəklini çəkə bilərsənmi? ”O da cavabında : “Mən çəkərəm, ancaq siz anlaya bilərsinizmi ?” demişdir. Doğrudanmı biz  xoşbəxtliyi axtarırıq ya o, özü istəyəndə bizə gəlir və xoş xatirələr buraxan qonaq kimi də çıxıb gedir? Dəvət etsək də gəlir, etməsək də?Birmənalı şəkildə həmişə xoşbəxt olmaq arzusundayıq, baxmayaraq ki, onu  keçici və anlıq məfhum kimi  təsəvvür edirik. Sanki […]

TOEFL iBT imtahanına necə hazırlaşmalı

TOEFL iBT imtahanına necə hazırlaşmalı

Xaricdə təhsil almaq istəyən tələbələrin sayı artdıqca TOEFL/IELTS imtahanı vermək istəyənlərin sayı da çoxalır. Bu yazıda TOEFL iBT imtahanının struktru barədə danışacağam və hazırlıq prosesində sizə yardım edəbiləcək məlumatlar verməyə çalışacağam. Əvvəla, getmək istədiyiniz ölkə, konkret olaraq isə universitetin hansı imtahanı qəbul etdiyini öyrənin. Universitetlərin çoxu hər iki imtahan nəticəsini qəbul etsə də, bəzi Amerika […]

Qocalmadan qocalmayın!

Qocalmadan qocalmayın!

Rüzgar Mövsüm İlk dəfə birinci sinifə gedəndə buna fikir vermişdim, çox maraqlı mənzərə idi. 60-65 yaşlarında ağsaç kişi ilə qadın əl-ələ tutub harasa gedirdilər. O vaxtki Hüsü Hacıyev küçəsindən üzü univermağa tərəf yol almışdılar, mən də 20 qəpiklik dondurma almaq üçün mağazaya çıxmışdım. Bunlara xeyli baxdıqdan sonra məndə qəribə hisslər oyandı. Uşaqlıqdan özümdə romantikliyi, sentementallığı […]

Azərbaycan və Qırğızıstan: fərq varmı?

Azərbaycan və Qırğızıstan: fərq varmı?

Toğrul Maşallı Hər hansı ölkədə inkişafı və ya tərəqqini təsvir etmək üçün müqayisə etmək lazımdır. Eyni zamanda iki ölkəni müqayisə edərkən, onların inkişafına təsir göstərmiş amilləri nəzərə almaq da mühüm məsələlərdən biri hesab olunur. Çünki müqayisə və təhlil zamanı iqtisadiyyatın bazisi vacib rol oynayır. Belə demək olarsa, iqtisadiyyatın ilkin, ibtidai dövründə təsir edən əsas amillər […]

Kimliyimiz, mənimiz, özümüz

Kimliyimiz, mənimiz, özümüz

Tuncay Takmaz Sadə təsvirlə, kimlik insanın gördüyü və ya görməkdə olduğu işlər, içindi olduğu vəziyyəti və idealar üçbucağında baş verən dərketmə prosesindən çıxır. Bu proses ətrafın, özün və fəaliyyətin dərk edilməsini əhatə edir. Dərk etmə özü bilmə, öyrənmə və başa düşməni əhatə edən mental bir prossesdir. İnsanın özünün dərk etdiyi və yaratdığı öz kimliyindən başqa […]

Liberalizm və dəyərləri

Liberalizm və dəyərləri

Aygül Pəncəliyeva Latın dilindən “azad insanlar sinfi” kimi tərcümə olunan liberalizm termin kimi XIV əsrdən mövcud idi. Lakin o, ancaq XIX əsrdən sonra siyasi məna kəsb etməyə başladı. Liberal fikirlər Avropada feodalizmin çöküşü, onun yerinə yaranmış kapitalist cəmiyyətin nəticəsi olaraq, orta sinfin fikir və düşüncələrini özündə əks etdirirdi. Bu fikirlər radikal idi, islahatlar hətta bəzən […]

Orta Şərq haqqında

Orta Şərq haqqında

Aynur Zərrintac Orta Şərq anlayışının yaranması və mühüm stratejik mərkəzə çevrilməsi Orta Şərq Yaxın və Uzaq Şərq kimi Qərb dünyasının təsnifləndirdiyi ölkələr qrupuna verilən addır. Orta Şərq anlayışının geniş şəkildə ilkin ifadəsi amerikalı strateq Alfred Thayer Mahan tərəfindən II Dünya Müharibəsindən sonra istifadə olunmuşdur. Alfred bu anlayışı Ərəbistan və Hindistan arasındakı ərazini nəzərdə tutaraq işlətmişdir. […]

İnsan hüquqları və fəlsəfi əsasları

İnsan hüquqları və fəlsəfi əsasları

Aygül Pəncəliyeva İnsan hüquqları şəxsin sırf insan olduğu üçün sahib olduğu hüquqlardır. Yəni, hər kəs insan olduğu üçün zəruri, əvəzsiz, bölünməz hüquqlara sahibdir və bu hüquqlar insanın tutduğu mövqe, şəxsiyyəti, hər hansı səlahiyyətindən asılı deyil. İnsan hüquqlarının tanınması və qorunması demokratik sistemin təməlini təşkil edir. Bu baxımdan o həm də iki əhəmiyyətli funksiyanı yerinə yetirir. […]

Əli Novruzovun “7 Hekayəsi” haqda

Əli Novruzovun “7 Hekayəsi” haqda

Məlahət Gözəl Sakit qarlı yağış yağırdı. Dünənin küləyi olamasa da, havada şaxta vardı. Bir az gəzib dolaşdıqdan sonra, dedi ki, bu gün ora getməliyik… Onunla yazışdım, ünvanı, vaxtı öyrəndim bircə getməyimiz qalıb… Razılaşdım. MUM-un yanından çıxmalıydıq, orda adını unutduğum hansısa küçəylə. Belə də, etdik. Bir şey vardı ki, ora ilk dəfə gedirdik. Həmin istiqamətdə yol […]

Liderlik haqqında

Liderlik haqqında

Kamran Novruzov Öz komandanızla lahiyə üzərində işləməniz daha çox effekt verə bilər, nəinki tək nəsə reallaşdırmaq və nəyisə əldə etmək.. Güclü liderlər öz komanda üzvlərinə müəyyən bir iş həvalə edərkən öz məqsədlərinə çatmaq üçün işçilərini həvəsləndirirlər. Və bu sayədə onlar eyni zamanda öz komanda üzvlərinin zəif və güclü xüsusiyyətlərini müəyyənləşdirə bilirlər. Məsələn, nə zaman kimə və nəyi tapşırmaq sizə daha çox bəlli olur. Lider […]

Page 1 of 32123Next ›Last »