Home » Entries posted by Nisa Hajiyeva

Linç etmək?!

Linç etmək?!

Nisə Hacıyeva Linç etmək, yəni məhkəmənin qərarı olmadan, özbaşına kimisə cəzalandırmaq. “Xocalı’ya ədalətdən çox, qisas lazımdır! Bu cinyayətin əsas iştirakçıları – Robert Koçaryan, Seyran Ohanyan və Serj Sarqsyan – öldürülməlidir. Bu işi xüsusi xidmət oqranlarımız çoxdan etməliydilər. Texniki baxımdan mümkündür. Görüntülü qisasa ehtiyac yoxdur. Məsələn, yeməklərinə zəhər qatılırsa, yetər. Sonra bunu dana, lap baş sağlığı […]

Xocalı haqqında bilmədiklərimiz

Xocalı haqqında bilmədiklərimiz

Yəqin ki, məqalənin adını oxuyub gözləyirsiniz ki, mən sizə Xocalıda törədilmiş bilmədiyiniz vəhşiliklərdən danışıb ermənilərə qarşı nifrətinizi bir az da artıracağam. Amma mən bu gün başqa bir şey danışıb, 20 ildən çox bizə verilən suallara və vədlərə bir aydınlıq gətirməyə çalışacağam. İlk öncə gəlin baxaq bizim Xocalı barədə apardığımız təbliğata. Ümumiyyətlə, Xocalını soyqırım kimi və […]

Niyə Sosial Liberalizm?

Niyə Sosial Liberalizm?

Nisə Hacıyeva Sosial Liberalizmin ən böyük dəyəri insandır. İnsan olan yerdə heç bir şey ondan vacib deyil. Bir dövlət onun ərazisində yaşayan insanı xoşbəxt edə bilmirsə, nə güclü xarici siyasəti, nə regiondakı avtoriteti artıq əhəmiyyətini itirir. Sosial Liberalizmin ali məqsədi ölkəsindəki insanları xoşbəxt etməkdir.  Bunun üçün də o fərdi azadlığı və sosial təminatı ön plana […]

Orta statistik azərbaycanlının düşməni kimdir?

Orta statistik azərbaycanlının düşməni kimdir?

Nisə Hacıyeva Orta statistik azrəbaycanlının (bundan sonra OSA) düşməni kimdir sizcə? Erməni? Yox. Tapmadınız? Rus da deyil, fars da deyil. OSA-nın düşməni daima qərbdə olan, ələxsus da okeanın o tayında yerləşən qüvvələrdir. Baxmayaraq ki, tarix boyu Azərbaycan şərqdə və elə öz ətrafında yerləşənlər tərəfindən dəfələrlə işğala məruz qalıb, OSA düşmənini ətrafında və ya şərqdə yox […]

Qonaq otağı – Azərbaycan

Qonaq otağı – Azərbaycan

Nisə Hacıyeva “Qonaq otağı” – bir çox ənənəvi Azərbaycan evlərində qonaqlar üçün ayrılmış tənha kimsəsiz otaq. Hər bir azərbaycanlıya yaşından asılı olmayaraq “qonaq otağı” söz birləşməsi çox tanışdır. Bu gün Bakıda yaşayan gənclərin evində artıq qonaq otağı olmaya bilər. Amma onların valideynlərinin evində mütləq belə bir otaq olub. Kənd və rayon yerlərində isə bu gün […]

Ağ-qara Televizor

Ağ-qara Televizor

Azərbaycanda yaşamaq ağ-qara televizora baxmağa bərabərdir.  Uşaqlıqdan bəri  ağ-qara televizora baxıb, daha sonra bir müddətlik İtaliyaya köçdüm.  Ağ-qara televizordan rəngli  televizora baxmağa keçən insan kimi ilk başda gözlərim qamaşdı, sulandı…  Bir neçə həftə gözlərim öyrəşməyə çalışırdı. Daha sonra isə hər kəs kimi televizorun normalda rəngli olmasını anladım. Uzun müddət sonra yenə Bakıya qayıtdım. Rəngli  televizora […]

Hər Şey Sizinlə Gözəl

Nisə Hacıyeva. Bu yazını Yeni Təhsil Təşəbbüskarlarına  həsr etmək istəyirəm. Daha doğrusu YTT ailəsinə. Bizimlə real, virtual  bu ideyanı paylaşıb, bizə yaxından və ya uzaqdan dəstək olanlara. Bu təşəbbüsü  həyatlarının mənasına çevirənlərə. Bizim üçün bu təşəbbüs bizim həyat tərzimiz, bizim ümidlərimiz oldu. Bəlkə işlərimiz böyük deyil, çünki məqsədimiz də böyük işlər etmək olmayıb. Kiçik işlərlə […]

Biz küçəyə çıxıb başqaları tərəfindən “qınanmaq”dan qorxuruq.

Nisə Hacıyeva Bu yaxınlarda Gülər Əhmədova hadisəsi ilə bağlı protestə çıxan insanları izləyərkən beynimdə qəribə suallar yarandı. Bu, heç bir çərçivəyə sığmayan hərəkəti protest etmək üçün niyə bu qədər az adam küçəyə çıxıb öz sözünü deməyə çalışırdı? Bəlkə, bəziləri bunu polisdən, döyülməkdən qorxmaq kimi anlatmağa çalışar. Amma mənim bu barədə başqa fikirlərim var  Yadıma mən […]

Öyrənə-öyrənə həyatda bir şeyi öyrəndim

Öyrənə-öyrənə həyatda bir şeyi öyrəndim

Nisə Hacıyeva Öyrənə-öyrənə həyatda bir şeyi öyrəndim, öyrəndikcə xoşbəxtlikdən bir addım uzaqlaşmağı. Mənim üçün öyrənmək özümdən  hər dəfə narazı olmağı öyrətdi. Qərara gəldim ki, cahillik xoşbəxtliyin sinonimidir. Bəs əldə etdiklərim? Əldə etdiklərim mənim üçün əldə etmədiklərimdən nə qədər uzaq olduğumu göstərdi. Ona görə düşünürəm ki, insan nə qədər az bilərsə, bir o qədər az əldə […]