Home » Entries posted by Murad Nasibov

Avropa İttifaqının şərq qonşuluğunda çətinliyi nədədir?

Avropa İttifaqının şərq qonşuluğunda çətinliyi nədədir?

Şərqi və Mərkəzi Avropada sovet rejimlərinin çökməsindən sonra Avropa İttifaqı region ölkələrinin demokratikləşməsində əsas çəkici güc olmuşdur. 2004 və 2007-ci illərdə Avropa İttifaqının Şərqi Avropa ölkələrinə doğru genişlənməsində sonra artıq bu məsələ Avropa İttifaqının xarici siyasətindən çıxmışdır. Şərqi Avropa ölkələrinin Avropa İttifaqına üzvlüyü ona yeni çətinliklər gətirmişdir. Sərhədləri genişlənmiş, sərhəd dövlətlərinin sayı artmış, İttifaq Avropanın […]

Dövlətin Qədəri

Dövlətin Qədəri

Murad Nəsibbəyli Bu yazı yeni bir anlayışın – dövlətin qədəri anlayışını irəli sürür. Əlbəttə ki, bu iş bir yazının çərçivəsindən böyükdür. Çünki, ortaya çox sayda sual çıxır. Bu yazının məqsədi yalnız anlayışı irəli sürməklə məhdudlaşır. Anlayış yeni olduğu üçün başqa dillərdəki qarşılığını da axtarıb tapmağa ehtiyac duyuldu. Alman dilində “Ausmaß des Staates”, ingilis dilində “The […]

“Xocalıya Ədalət” kampaniyası nə dərəcədə uğurlu siyasətdir?

“Xocalıya Ədalət” kampaniyası nə dərəcədə uğurlu siyasətdir?

Murad Nəsibbəyli Yazmaq istəmirdim, amma yazdım. Hamımızın bildiyi, amma çox azımızın yazdığı məsələləri. O məsələlər ki, bir çox insan üçün onlardan danışmaq çətin və ya ağılasığmazdır.  Misal üçün, “Xocalı soyqırımı” məsələsi. Bir çox insan “Xocalıya Ədalət” kampaniyasının doğru olduğunu düşünür. Yanlış olduğunu düşününlər də, mühəqqəq, vardır. Amma düşündüklərini söyləməkdən çəkinənlər də az deyil. Mühafizəkar kütlənin […]

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında legitimlik problemi

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında legitimlik problemi

Murad Nəsibbəyli Demokratiyanın əsas prinsipləri bundan ibarətdir ki, insanları onların seçdikləri nümayəndələr təmsil edir, həmin təmsilçilər təmsil etdikləri insanlar qarşısında cavabdehdirlər və həmin insanların öz seçdikəri təmsilçilər üzərində nəzarətini təmin edən mexanizm mövcuddur. Bu yazıda qısaca olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasında bu prinsiplərə nə dərəcə əməl olunduğu erməni icması ilə müqayisədə qiymətləndirilib. Azərbaycanın […]

İnkişaf üçün müxalifət və müstəqil düşərgə dəyişikliyə özündən başlamalıdır…

Murad Nəsibbəyli Vətəndaş cəmiyyəti və siyasi sistemi zəif inkişaf etmiş ölkələrin xüsusiyyətlərindən biri də siyasi gündəmdə real – hökumətin hər hansı bir sahədə apardığı və ya aparmalı olduğu siyasət ilə bağlı deyil, populist, daha çox qısa müddətdə ictimaiyyətin diqqətini çəkəcək, real siyasətdə heç bir və ya çox az nəticəsi olacaq məsələlərin müzakirəsi əsas yer tutur. […]

İnsan azadlığı necə qazanmalı…

İnsan azadlığı necə qazanmalı…

Murad Nəsibbəyli Azadlıq nədir? Nədəndir? İnsanlar heç də BMT-nin insan hüquqları haqqında bəyannaməsinin birinci maddəsində deyildiyi kimi azad doğulmurlar. Azadlıq güc ilə bağlıdır. Dəyişdirmək və ya yaratmaq gücü olan azaddır. Nə qədər çox dəyişdirmək gücün varsa, o qədər də azad ol bilərsən. Azadlığı təcürbə etmək/yaşamaq dəyişdirmək və ya yaratmaqdır. Dəyişdirib və ya yaratmağın verdiyi həzz […]

Öyrənmək Nədir?!

Öyrənmək Nədir?!

Murad Nəsibbəyli Öyrənmək nədir?! Təhsil sistemimiz necə öyrədir?! Yeni Təhsil Təşəbbüsü qrupunun bu gündən başlayaraq hər həftə təşkil edəcəyi diskusiyyanın birinci mövzusudur.  Bir neçə saat sonra nahar edib, uşaqlarla görüşmək üzərə evdən çıxacağam. Elə bu cümlələri yazırdım ki, başqa biri zəng etdi və bu gün dostlarla öncədən danışdığımız səhər yeməyinə getmədiyim üçün məni bir xeyli […]

“Tatarlar” Britaniya kəşfiyyatının sənədlərində

“Tatarlar” Britaniya kəşfiyyatının sənədlərində

Murad Nəsibbəyli (Mançester Universiteti) Bu məqalə “Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədləri” adlı  ingilis dilindəki sənədlər toplusunda (251 ədəd sənəd) yer almış 1917 və 1918-ci illərə aid Britaniya kəşfiyyatının sənədləri əsasənda yazılmışdır. Bu məqalə üç ardıcıl məqalənin birincisidir. “Tatarlar Britaniya kəşfiyyat sənədlərində. 1919-1920” adlı ikinci məqalədə həmin illərin kəşfiyyat sənədlərində mövcud olan diskurs araşdırılacaq. […]

Sosial Siyasət sahəsindəki demokratik defisit

Sosial Siyasət sahəsindəki demokratik defisit

QHT və dövlət orqanlarının mütəxəssislərindən ibarət müxtəlif işçi qrupları qurulur, birgə konfranslar keçirilir və yeni qanunlar, proqramlar və yerinə yetirilmə mexanizmləri hazırlanır. Parlament və hökümətin QHT-lər ilə bu cür əməkdaşlığı təqdirə layiq haldır və vətəndaş cəmiyyətinin inkişafına mühüm bir töfhədir. Bu əməkdaşlığı daha dərindən tədqiq edəndə isə bir neçə problemin olduğunu görmək olar. Problemlər texniki deyil, yanaşma ilə bağlıdır.

Kimlik qeyri-müəyyənliyi?!

Murad Nəsibbəyli  (Mançester Universiteti) Azərbaycanda kimlik mövzusunda aparılan müzakirələrdə çox zaman “yol”umuzun “Avropa”ya və ya “Asiya”ya doğru olmasından bəhs edilir. Təsadüfi deyil ki, XX əsr Azərbaycan mühacir ədəbiyyatının ən dəyərli nümunələrindən biri olan “Əli və Nino” romanında da bütün süjet boyu bu mövzuya toxunulur. Aşağıdakı yazıda bu mövzuda müzakirələrin yaranma səbəblərinə, “Avropalı” və ya “Asiyalı” olmağımızın […]

Page 1 of 212