Agop MARTAYAN kimdir?

Türkiyədə ki erməni diasporasının dərin köklərini anlamaq üçün Aqop Martayan haqda bir neçə söz yazmaq istədim. YAP diasporası Türkiyədə kimlərlə mübarizə apardığından xəbərsizdir və ona görədə YAP hökumətinin Türkiyədəki diaspora fəaliyyəti bir çox dəfə fiaskoya uğrayıb. Halbuki,  ermənilərin Türkiyədə özlərinə aid keyfiyyətli və nüfuzlu media orqanı, xəstəxanası, məktəbləri və mədəniyyət mərkəzləri var çünki onlar Anadolu coğrafiyası ilə dərin əlaqəsi olan Türk millətinin (etnik olaraq yox) bir hissəsidir.

“Agop MARTAYAN kimdir?”

 Tərcümə etdi Toğrul İsaoğlu

 Aqop Martayan (22 May 1895 – 12 Sentyabr 1979), Türk dili üzərinə ixtisaslaşmış erməni filoloqudur həmçinin Türk Dil Kurumunun ilk baş katibidir. Erməni və Türk dili ilə birgə İngilis, Yunan, İspan, Latınca, Alman, Rus və Bolqar dillərini bilirdi.

1915-ci ildə Robert Kollecində (ABŞ-ın xaricdəki ilk təhsil müəssisəsi İstanbulda açılıb) məzun olduqdan sonra  I. Dünya Müharibəsində Osmanlının Qafqaz cəbhəsində ehtiyat zabit olub.

Müharibədən sonra, Beyrutda bir erməni məktəbinin direktoru olaraq işləyib və Beyrutda Erməni nəşr olunan ilk qəzet olan Luys (İşıq) ‘un baş redaktor olaraq işləyib.

Daha sonra, həyat yoldaşı Meline ilə birlikdə getdiyi Sofyada Qədim-Türk diliUyğur dərsləri verdi və ilk kitabını nəşr etdi.

22 Sentyabr 1932 tarixində Dolmabahçe Sarayında, Mustafa Kamal Atatürkün rəhbərliyi altında həyata keçirilən Birinci Türk Dil Konfransına İstepan QurdikyanKevork Simkeşyan ilə birlikdə dil mütəxəssisi olaraq dəvət edilib.

Daha sonra iş və tədqiqatlarını yeni qurulan Türk Dil Təşkilatının baş mütəxəssisiilk baş katibi olaraq davam etdirən Agop Martayan, 1934’teki Soyadı Qanunu səbəbindən, Atatürkün özünə Türkcənin inkişafına verdikləri töhfələrinə görə təklif etdiyi Dilaçar soyadını qəbul edib.

Türk Tarix Araşdırmaları və Günəş Dil nəzəriyyəsi işləriylə, Türk xalqının və Türk dilinin mənşələrinin olması mövzusunda əhəmiyyətli məlumatları ortaya çıxardıb.

1936-1951 illəri arasında Ankara Universitetində dil-tarix və Türkoloji dərsləri verdi və Türk dili üzərinə əhəmiyyətli işlər görüb.

Latın hərfləri ilə yeni Türk əlifbasının yaradılması işlərində iştirak edib. 1942-1960 illəri arasında Türk ensiklopediyasının hazırlanmasında əsaslı rolu olub.

Türk Dil Kurumundakı vəzifəsinə və filologiya üzrə işlərini 1979-cu ildəki ölümünə qədər davam etdib.

Mustafa Kamala “Atatürk” soyadının verilməsini Türkiyə Böyük Millət Məclisinə təklif edən şəxsdir.

Əsərləri:

Les bases Bio-Psychologiques də la Theorie (Günəş Dil nəzəriyyəsinin Biyopsikolojik mənşəyi) (1936),

Azərbaycan Türkcəsi (1950),

Qərb Türkcəsi (1953),

Lehçeleri Yazılma Tərzi, Türk Dil və Lehçelerinin Tasnifi Meselesi (1954),

Dövlət dili kimi Türkçe (1962),

Wilhelm Thomsen və Orhon yazılarıdır Çözülüşü (1963),

Türk Dilinə Ümumi Bir Baxış (1964),

Türkiyədə Dil Özleşmesi (1965),

Dil, Dillər və dilçilik (1968),

Kutadgu Bilig araşdırması (1972),

Ana dili Qanunları və Türkiyə Xaricindəki Proqramlar (1978).

İstinad:

http://www.kimkimdir.gen.tr/

mm

İsaoğlu “Nümayəndə Əsaslı Modelləşdirmə və Simulyasiyanın Dinamik Rəqabət Strategiyası” mövzusu üzrə tezisi ilə Boğaziçi Universitetindən məzun olub