ABŞ-da siyasi sistem və siyasi davranış

Mehdi Məmmədli

ABŞ-da siyasi sistemin xarakteri ilə bağlı bölgüdə müxtəlif yanaşmalar mövcuddur. İlk nöqteyi nəzər Amerikanın milli doktrinası ilə uyğunlaşaraq ABŞ-ın nümunəvi demokratiya ölkəsi olduğunu sübuta yetirir. Xalqın suverenliyi, vətəndaş cəmiyyəti, siyasi pluralizm və hakimiyyət bölgüsü Amerika demokratiyasının əsas əlamətləri hesab olunur. Bunun əksinə olan nöqteyi nəzər ABŞ-ın elitar oliqarxiyalı xarakterə malik olduğunu təsdiq edir. Real hakimiyyət hökmran sinfə məxsusdur.

Bu nöqteyi nəzərlər arasında başqa yanaşmalar mövcuddur. ABŞ-da elitar demokratik sistem mövcuddur. Bu sistem hakimiyyətin formalaşmasının demokratik mexanizmdən eləcə də bu hakimiyyətin elita tərəfindən realizəsindən ibarətdir.

20-ci əsrin 2-ci yarısından ABŞ-ın siyasi sistemində demokratik tendensiyaların inkişafı baş verir. Sıravi vətəndaşların seçki hüququndan  istifadə imkanları daha geniş şəkil alır. Belə ki, bir sıra cənub ştatlarında  qara dərili vətəndaşların hakimiyyət orqanlarında təmsil olunması üçün seçki dairələrində bir sıra dəyişikliklər aparılmışdır.

Amerikalı alimlər ali zümrənin iqtisadi və siyasi hakimiyyət sistemində paylanmasını öyrənərək daha zəngin insanların iqtisadi sahələrdə vəzifə sahibliyi olmaları haqqında qənaətə gəlmişdilər. Amma həmin zümrənin nümayəndələri siyasi hakimiyyət sistemində çoxluq təşkil etmirlər. Hakimiyyətin yüksək rütbəli məmurları əsasən hüquqşunaslardan (56 %), bürokratiya nümayəndələrindən (16 %), təhsil sistemi işçilərindən (10 %) ibarətdir. Məhz müxtəlif elitar qrupların  nümayəndələri bütün dövlət sturukturlarında vəhdət şəklində üstünlük təşkil edirlər. Bununla yanaşı elitanın Amerikanın hakimiyyət sistemində üstünlüyü oliqarxiyaya keçmir.

ABŞ-da elektoral fəallığın öyrənilməsi müstəsna əhəmiyyət kəsb edir. Elektoral fəallığın əsas istiqamətləri bunlardır:

–         seçkiqabağı mübarizədə siyasi fəallığın nümayiş etdirilməsi;

–         öz namizədliyin irəli sürülməsi;

–         namizədlərin dəstəklənməsi;

Bəzi göstəricilər Amerikanın siyasi təcrübəsində əhəmiyyətli rol oynayır. Belə ki,1%-dən az amerikalı namizədlərin namizədliyini seçici vəzifələrə irəli sürür, 10%-ni isə buna sərf edirlər. Hal-hazırda orta hesabla Amerika vətəndaşlarının 80%-i seçkilərdə iştirak edirlər.

Müxtəlif sosial qrupların siyasi fəallığında ciddi fərqlər müşahidə olunur. Əsas sosial qrupların seçki kampaniyalarında iştirakının orta göstəricisi aşağıdakı kimi olur:

–         ağdərili vətəndaşlar  təxminən 50%;

–         qaradərili vətəndaşlar 43%;

–          ispanmənşəli 20%

Həmçinin növbəti sosial qrupları da , ayırd etmək olar:

–         18-20 yaşlı vətəndaşlar  20%;

–         25-34 yaşlı vətəndaşlar 40%;

–         45-64 yaşlı vətəndaşlar  62%-dən çox;

–         idarəetmə personalı  60%;

–         kfalifikasiya olmayan fəhlələr 35%;

–         işsizlər 34 %

ABŞ-da seçkilərdə oynadığı  rollara görə əsas sosial qruplar aşağıdakılardır:

–         ağdərili irq

–         rifaha qovuşan  amerikalılar

–         yaşlı amerikalılar

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq