7 ildən sonra “8 aprel”

Toğrul İsaoğlu

“Dinc inqilabı mümkün etməyənlər zorakı inqilabı qaçınılmaz edəcəklər.”
Con F. Kennedi (John F. Kennedy), ABŞ-ın 35-ci prezidenti.

Uzun fasilədən sonra yenidən müxalifət liderlərini İctimai Palatanın 8 aprel mitinqində (2012) meydanlarda gördük və bu yeni bir sonun başlanğıcını göstərir. Artıq müxalifət liderləri üçün əsas göstərilən qəbahətlərin sonudur həmçinin hal hazırdakı müxalifət liderləri üçün son şansdır. Ona görə ki, vətəndaşların rifahının kəskin pisləşməsi, mülkiyyət hüququn təmin olunmaması, gənclərin tələblərini daha qəti şəkildə göstərməsi və qanunların xalq üçün böyük canavara çevrilməsi nəyinki iqtidara həmçinin müxalifətə olan ümidi də azaldır.

Mitinq haqda onları demək olar ki gənclərin 17 mart mitinqindən sonra icazəli baş tutan “8 aprel” mitinqi uğurlu ancaq ağıllarda sual buraxan mitinq idi. Vətəndaşların toplaşma azadlığının yenidən bərpa olması və müxalifətçilərin əzimi göstərdi ki siyasi səhnədə demokratik mühit olarsa tərəflər mübarizəyə hazırdırlar.

Lakin, toplaşma azadlığının bərpası “Avroviziya” keçirilməsi üçün Avropa və ABŞ gözündən pərdə asmaq üçündə ola bilər, ona görədə müxalifət daha cəsarətli və hazırlıqlı olması gərəkir.

Bunlarla birgə, mitinqdə keçmiş baş nazir Pənah Hüseynovun, keçmiş Milli Məclis Spikeri İsa Qəmbərin və Samir Əsədlinin coşqulu və təsirli nitqləri yadda qalan idi.

Mitinqdə səslənən bir çox şüarlar və nitqlər əvvəlkilərdən fərqlənməsədə mitinq iştirakçılarının sayı maneələrə baxmayaraq gözlənilən qədər idi (7 000-10 000).

Ancaq bu yetərli deyil və vətəndaş cəmiyyətlərinin, QHT-lərin bu mitinqlərə gənclər təşkilatları kimi dəstək olması gərəkir. Bu mitinqə “Ziyalılar Formun” olan dəstək kimi REAL-dan da dəstək gözləyirdim çünki onların da məqsədi demokratıq siyasi mühitin yaranmasıdır. (Özəlliklə, 17 mart (2012) gənclərin təşkil etdiyi mitinqdə REAL-dan olan çıxışları bu mitinqdə də görmək istərdim.) Ayrıca, ANS televiziyasında mitinqin xəbər olaraq yayımlanması müxalifət üçün başqa bir fürsətdir.

Vətəndaşlarımız mitinqlərdə iştirakı artırmağın digər yollarında fikirləşmək lazımdır. Hər dəfə təkrarlanan nəqliyyat problemlərinə və mitinq təşkilatçılarının mitinqdən əvvəl həbslərinə qarşı həll yolları düşünmək lazımdır.
Həmçinin, Azərbaycanda olan rejimin törətdiyi qanunsuzluqlar görə bir çox zərər çəkmiş vətəndaşımız var.

Buna görə də, onların harayını eşidib müxalifət liderləri ilə görüşlərini daha da intensiv olaraq artırmaq lazımdır. Xüsusi ilə, müəllimlər, həkimlər, sahibkarlar və Qarabağ köçkünləri ilə olan görüşlər əhəmiyyət kəsb edir.

Bunlarla birgə, böyük (multinational) xarici şirkətlərlə görüşlər keçirərək bəzi təminatlar verilməlidir çünki qloballaşan dünyada artıq böyük şirkətlərin maraqları beynəlxalq aləmdə daha əhəmiyyətlidir.

Xaricdə siyasi sığınacaq alıb köç edənlərdə artıq bu prosesləri daha yaxından izləmələri lazımdır. Bakıda keçirilən mitinqlərlə birgə yaşadıqları ölkələrdə etiraz aksiyaları keçirərək məqsədlərinin və amallarının dəyişmədiklərini göstərməlidirlər.

Azərbaycan böyük dəyişiklik ərəfəsinə girə bilər bu ancaq ölkə daxilində və xaricində yaşayan biz vətəndaşlardan asılıdır. “Hərkəsi meydana (yada dəstək aksiyalarına) fəal iştiraka çağırıram”

mm
İsaoğlu “Nümayəndə Əsaslı Modelləşdirmə və Simulyasiyanın Dinamik Rəqabət Strategiyası” mövzusu üzrə tezisi ilə Boğaziçi Universitetindən məzun olub. Və həmçinin, Toğrul İsaoğlu Türkiyənin aparıcı konsultant şirkətində Biznes Zəkası Konsultantıdı
Sosial Media da Paylaşaq