10 dekabr – Ümumdünya İnsan Hüquqları Günü

Məlahət Gözəl

Bu gün dünyada kifayyət qədər önəmli və diqqət mərkəzində olan bir gündür. Bu günün digər günlərdən əsas fərqi hansısa adət ənənəni qorumaq, hansısa etiqadı yaşatmaq və.s bu kimi şeylərdən uzaq olmasıdır.

Bəli, bu gün çox önəmli gündür. Onu önəmli edən əsas meyar da insandır. Tarixdə var olmasının başlıca səbəbi isə insanların təbii haqlarının pozulması, eyni zamanda insanların bir-birinə qarşı münasibətlərinin kəskin hala gəlməsi olmuşdur. Qəribəsi budur ki, öz haqlarımızı özümüz pozuruq. Zaman keçdikcə isə bu halı normal qəbul eləməyə başlayırıq. Daha qlobal şəkildə yanaşsaq bu yalnız iki insan arasında deyil hegemon dövlətlərlə adi dövlətlər arasındada özünü göstərir. İstənilən böyük problemlərin kökünün fərddən başlaması bəllidir. Böyüdükcə  daha acınacaqlı və təhlükəli vəziyyətə gəlməsi hər zaman göz qabağında olmuşdur.

Təbii olan hüquqlaımızın pozulmasının qarşısını almaq üçün 10 Dekabr 1948-ci ildə BMT İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni qəbul etdi. Bəyənnamə sənədlərinin hazırlanması Eleonora (ABŞ prezidenti Ruzaveltin dul qadını) tərəfindən aparılıb. Düşüncəmə görə bu bəyannamə daha çox siyasi xarakter daşıyıb. Moskvanın maraqlarına zidd sənəd hesab olunub. Sovetlər İttifaqı sənədin BMT tərəfindən elan edilməsini heç bir halda istəmirdi. “Çünki BMT-nin Nizamnaməsi onun dövlətlərin daxili işlərinə qarışmasına yol vermir, insan hüquqlarına isə dövlət müstəqilliyi məsələsindən ayrıca yanaşıla bilməz”. Sovetler Birliyinin təklifi qəbul olunmayıb.

Ümumdünya İnsan Hüquqları bəyənnaməsindən maddələr:

Maddə 1

Bütün insanlar ləyaqət və hüquqlarına Se il mazziere ha un blackjack , non sara concesso alcun abbandono e perderai la puntata intera – a meno che anche tu non hai un blackjack , in qual caso si tratta di una Push. görə azad və bərabər do ğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.

Maddə 2

Hər bir şəxs irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və ya sosial mənşəyindən, əmlak, sosial mövqx və digər vəziyyətindən asılı olmayaraq bu Bəyannamədə elan olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır. Bundan əlavə, həmin şəxsin mənsub oldu ğu ölkənin və ya ərazinin, həmin ərazinin müstəqil, qəyyumluq altında olan, özüidarəolunmayan və ya suverenliyi hər hansı şəkildə məhdudlaşmış olmasından asılı olmayaraq, siyası, hüquqi və beynəlxalq statusundan asılı olaraq heç bir ayrı-seçkilik qoyulmamalıdır.

Maddə 3

Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.

Maddə 4

Heç kim kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz; quldarlıq və qul ticarəti bütün formalarda qadağan edilir.

Maddə 5

Heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır.

Bəyənnamənin bütün maddələri haqqda məlumat almaq çox önəmlidir. İnsan olaraq haqlarımızı yaxşı bilsək cəmiyyətdə səlahiyyət və vəzifəsindən aslı olmayaraq təbii haqlarımızı pozan şəxslərlə mübarizə aparmaqda daha güclü olarıq. Hələ də ümid edirəm ki, bir gün bizim də haqqlarımız sözdə deyil əməldə ciddi şəkildə qorunacaq. Haqqınızı qoruyun! Bu sizin Haqqınızdır.

http://www.lexilogos.com/declaration/azeri.htm

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq